Azərbaycanlı alim Ümumdünya Fəlakətlərin İdarə Edilməsi Konqresinə dəvət edilib

Azərbaycanlı alim Ümumdünya Fəlakətlərin İdarə Edilməsi Konqresinə dəvət edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Elşən Əhmədov, Hindistanın Dehradun şəhərində keçirilən 6-cı Ümumdünya Fəlakətlərin İdarə Edilməsi Konqresinə dəvət edilib.

BusinessTime xəbər verir ki, Ümumdünya Fəlakətlərin İdarə Edilməsi Konqresinə 50-dən çox ölkədən nümayəndə heyəti qatılıb.  2000-dən çox iştirakçıya ev sahibliyi edən Hindistanda iqlim dəyişmələri və davamlı inkişafın hədəflərinə yönəlmiş dünya fəaliyyətləri işıqlandırılıb. Yerli və beynəlxalq bir çox təşkilatların səyləri ilə həyata keçirilən dünya konqresində Elşən Əhmədov “Fəlakətlərin İdarə Edilməsində beynəlxalq Əməkdaşlıq (Su Resursları Perspektivindən)” mövzusunda çıxış edərək ölkəmizi təmsil edib. O, çıxışında fəlakətlərin effektiv idarə edilməsi strategiyalarının işlənib hazırlanmasında inklüziv və dirənçli yanaşmanın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, ölkələr arası əməkdaşlıq çox vacibdir və fəlakətlərlə üzləşmiş  icmalara əl tutulmasına və evlərinin bərpasında dəstək göstərilməsinə ehtiyac var. Elşən Əhmədov həmçinin, konqresin gedişatı zamanı Hindistanın yerli KİV-nə müsahibələr verib. Müsahibələr zamanı Azərbaycanın ona qonşu olan ölkələrdən axan çirklənmiş çaylardan xeyli əziyyət çəkdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb, konqresin seminar işində, texniki məsləhətləşmədə, sərgilərdə və poster təqdimatlarında iştirak edib.